Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin müdir müavini Elşən Yusibov paralel olaraq yeni vəzifəyə başlayıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, fəaliyyətini həm də Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin əmri ilə ali təhsil müəssisəsində müəllimi kimi də davam etdirəcək.
Məlumata görə, E.Yusibov əsas peşəkar fəaliyyətilə yanaşı, OYU-da menecment istiqaməti üzrə dərs deyəcək və bank və dövlət sektorunda qazandığı təcrübəni tələbələrlə bölüşəcək.
Qeyd edək ki, E.Yusibov 2024-cü ildən nazirlikdə İdarə müdirinin müavini vəzifəsində çalışır. O, 2012-2013-cü ildə Azərbaycan Sənaye Bankında, 2013-2014-cü ildə Rabitəbankda, 2014-2024-cü ildə Kapital Bankda filial müdiri vəzifələrində çalışıb.
Elşən Yusibov