SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qubanın kənd məktəblərinin acınacaqlı durumu - VİDEO

Qubanın kənd məktəblərinin acınacaqlı durumu - VİDEO

  • 07 sentyabr 2025, 12:49
Quba

Yeni tədris ilinə az qalsa da, bəzi məktəblər hələ də köhnə binalarda dərs ilini qarşılayacaq.

Yurd.Media xəbər verir ki, onlardan biri Quba rayonunun Vladimirovka kənd məktəbidir. Burada 500-dən artıq şagird çətin şəraitdə təhsilini davam etdirəcək.

AzTV hazırladığı reportajda görünür ki, qəzalı bina həm təhlükə mənbəyi yaradır, həm də qış aylarında istilik sistemi problemi şagirdləri çətin vəziyyətə qoyur.

Digər təmirə ehtiyacı olan məktəb Quba rayonunun Aşağı Xuc kəndindəki məktəbdir. Həmin məktəb də təmir olunmadığı üçün ciddi çətinliklər yaradır.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəblərin vəziyyətindən xəbərdardılar və təmir məsələsi prioritetlik prinsipi əsasında aparılacaq.

Prime Leasing