SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Qəbul imtahanlarının nəticələri AÇIQLANDI

  • 15 iyul 2025, 13:33

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Yurd.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər. İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

Prime Leasing