SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq?

Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq?

  • 06 avqust 2025, 14:01
Xankəndi

Növbəti tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur.

Yurd.Media xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi rəsmi sosial media hesablarında məlumat yayıb.

“Ən çox ünvanlanan suallardan biri də Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə plan yerləri ilə bağlıdır. Bildirmək istəyirik ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur", - məlumatda qeyd olunub.

Prime Leasing