SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
ARDNF təhsillə bağlı dövlət proqramlarına xərcləmələri 2 dəfədən çox azaldıb

ARDNF təhsillə bağlı dövlət proqramlarına xərcləmələri 2 dəfədən çox azaldıb

  • 28 aprel 2026, 09:37

Bu ilin I rübündə Dövlət Neft Fondu (ARDNF) təhsillə bağlı dövlət proqramlarına 7,1 milyon manat vəsait yönəldib. 

Bu barədə Yurd.Media-ya Fonddan bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,5% və yaxud 2,25 dəfə azdır. 

O, cümlədən ARDNF-in “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na ayırmaları 9,1% artaraq 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na ayırmaları isə 60,4% və yaxud 2,5 dəfə azalaraq 5,9 milyon manat olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları