SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Məktəblərdə sertifikasiya prosesi genişlənir: psixoloqlar da növbədə

Məktəblərdə sertifikasiya prosesi genişlənir: psixoloqlar da növbədə

Bu il ümumi təhsil müəssisələrində çalışan pedaqoji heyətin böyük hissəsinin sertifikasiya prosesinə cəlb olunması nəzərdə tutulur.

Bunu Yurd.Media-nın sualını cavablandırarkən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, məktəblərdə dərs deyən müəllimlərin təxminən 90 faizi mərhələli şəkildə sertifikasiya imtahanlarında iştirak edəcək.

Sertifikasiya prosesinin gələcək mərhələlərdə daha da genişləndirilməsi planlaşdırılır. Belə ki, növbəti illərdə məktəblərdə fəaliyyət göstərən psixoloqların və digər pedaqoji dəstək heyətinin də sertifikasiya imtahanlarına cəlb olunması gözlənilir.

Mütəxəssislərin fikrinə görə, şagirdlərin davranış problemlərinin vaxtında aşkarlanması və düzgün istiqamətləndirilməsi üçün məktəb psixoloqları ilə valideyn və müəllimlər arasında sıx əməkdaşlıq vacibdir. Sertifikasiya prosesinin bu sahəni də əhatə etməsi isə psixoloqların bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı baxımından önəmli hesab olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları