SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Peşə təhsili üzrə tələbə kreditləri ümumi müqavilələrin heç 1 faizi eləmir

Peşə təhsili üzrə tələbə kreditləri ümumi müqavilələrin heç 1 faizi eləmir

  • 02 aprel 2026, 10:47

Peşə təhsili ilə bağlı imzalanan təhsil tələbə kreditləri ümumi müqavilələrin heç 1 faizinə çatmır.

Yurd.Media xəbər verir ki, Təhsil Tələbə Krediti Fondu (TTKF) yaranandan (2021-ci ilin noyabr ayından) bu günə qədər imzalanan təhsil tələbə kredit (TTK) müqavilələrinin sayı açıqlayıb.

Belə ki, bu müddətdə dövlət ali təhsil müəssisələrində 62 150, özəl təhsil müəssisələrində isə 16 923 kredit müqaviləsi bağlanılıb.

Ən böyük müqavilə sayı 54 689 kreditlə (69,2%) bakalavriat pilləsinə məxsusdur. Magistratura səviyyəsində 18 703 (23,7%), orta ixtisas təhsili üzrə 5 061 (6,4%), peşə təhsili üzrə isə 620 kredit müqaviləsi (0,7%) imzalanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları