SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
850 namizəd vakansiya seçiminə buraxılıb

850 namizəd vakansiya seçiminə buraxılıb

  • 20 avqust 2025, 21:49

Test imtahanının nəticələrinə əsasən, 850 namizəd vakansiya seçiminə buraxılıb.

Yurd.Media xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, 2025-2026-cı tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplamış namizədlər 25 avqust tarixinədək portal.edu.az elektron müraciət sistemi vasitəsilə onlayn formada 8 vakant yer seçə bilərlər. 

Qeyd olunub ki, müsabiqənin nəticələrinə uyğun olaraq seçilən namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizələrində göstərdikləri seçim ardıcıllığı nəzərə alınmaqla 15 sentyabr tarixinədək həyata keçiriləcək.

Prime Leasing
SPE Annual Caspian