Azərbaycan parlamenti dərslikləri müzakirəyə çıxaracaq
Yurd.Media xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli komitənin bugünkü iclasında bildirib ki, Azərbaycan dili, Ədəbiyyat və Tarix fənlərinin dərslikləri ilə əlaqədar dinləmə keçiriləcək.
O qeyd edib ki, ictimai müzakirə məsələsi komitənin 2025-ci il payız sessiyasının iş planına daxil ediləcək:
"Bununla bərabər, komitə əməkdaşlarının ali məktəblərlə görüşünün təşkil edilməsi də nəzərdə tutulur. Ola bilər, bölgədəki ali təhsil müəssisələrinə də getdik".