SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Nazir müavini: Peşə təhsili sahəsində yenilənmə prosesi davam edir

Nazir müavini: "Peşə təhsili sahəsində yenilənmə prosesi davam edir"

Azərbaycanda peşə təhsili sahəsində müasir infrastruktur yaradılıb və bu istiqamətdə yenilənmə prosesi davam edir.

Yurd.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan müəlliminin nüfuzu ölkənin nüfuzu deməkdir:

"Müəllim ölkənin gələcəyini formalaşdırır. Dövlətin iqtisadi inkişafı, cəmiyyətin tərəqqisi və gələcək nəsillərin formalaşması birbaşa təhsillə bağlıdır".

Kənan Kərimzadə həmçinin qeyd edib ki, Azərbaycanda təhsil infrastrukturunun 90 faizi yenilənib, uzun illər həllini gözləyən bir sıra problemlər aradan qaldırılıb:

"Belə ki, 3600-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub. Təhsil infrastrukturunun 90 faizi yenilənib, 1,3 milyon şagirdin sağlam və müasir şəraitdə təhsil alması təmin edilib".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları