SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Naxçıvanda 9 və 11-ci siniflər üçün tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Naxçıvanda 9 və 11-ci siniflər üçün tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib

  • 02 noyabr 2025, 19:59
Naxçıvan

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 2-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə 9 və 11-ci siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, monitorinqdə 8 mindən artıq şagird iştirak edib.

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil edilib.

Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

Prime Leasing
SPE Annual Caspian