SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Müəllimlərin işə qəbulu: Kimlər müsahibəyə keçdi?

Müəllimlərin işə qəbulu: Kimlər müsahibəyə keçdi?

  • 18 avqust 2026, 20:38

Müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlər üzrə seçim başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Yurd.Media-ya bildirilib ki, 12-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bildirilib ki, vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.

"Uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları