SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
MİQ imtahanları üzrə apellyasiya müraciətlərinə start verildi

MİQ imtahanları üzrə apellyasiya müraciətlərinə start verildi

  • 04 iyul 2025, 13:17

Texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə apellyasiya müraciətlərinə start verilib.

Yurd.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Prime Leasing