SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Məktəblərdə süni intellekt necə tətbiq olunacaq?

Məktəblərdə süni intellekt necə tətbiq olunacaq?

Müəllimlər üçün süni intellektin tətbiqinin əsas məqsədi onun işini asanlaşdırmaqdır.

Yurd.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, süni intellektin tətbiqində əsas məqsədlərdən biri müəllim üçün şagirdə daha çox zaman ayırmasına şərait yaratmaqdır.

"Müəyyən olunan bir neçə metodologiyanı rəqəmsallaşdıra bilərik. Bu, müəllimə dəstək olacaq. Süni intellekt tənbəl müəllim və şagird yetişdirəcəkmi sualına gəlincə, demək istəyirəm ki, süni intellekt daha çox dataları təhlil edir.

Eyni zamanda V.Xanlarov qeyd edib ki, "Microsoft" və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək üçün hazırlanmış "Copilot" tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir.

O bildirib ki, bu texnologiya tədris materiallarının hazırlanmasına, mürəkkəb mətnlərin təhlilinə, dərslərin planlaşdırılmasına, ideyaların strukturlaşdırılmasına, rəqəmsal məzmunun yaradılmasına imkan verir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları