SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Məktəblərdə  qış tətili ilə bağlı QƏRAR

Məktəblərdə qış tətili ilə bağlı QƏRAR

  • 24 yanvar 2026, 18:36

Ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Yurd.Media-ya bildirilib ki, tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü fevralın 2-də olacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları