 
 
            Oxumaq, öyrənmək və araşdırmaq vərdişlərinin təməli məktəbdə qoyulur. Bu baxımdan məktəb kitabxanalarının zəngin və müasir kitablara malik olması xüsusi əhəmiyyət daşıyır.
Yurd.Media xəbər verir ki, aparılan müşahidələr göstərir ki, kitab fondunun əsas hissəsini bədii ədəbiyyat və ensiklopediyalar təşkil edir.
239 nömrəli tam orta məktəbdə kitabxana müdiri Kifayət Cəfərova "ATV"yə bildirib ki, kitablar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə bölünür:
“Kitablar idarə tərəfindən verilir. Məktəblər üzrə bölgü aparılır. Biz də kitabxana qaydalarına əsasən işləyirik. Hazırda məktəbin kitabxanasında 4000-dən çox bədii ədəbiyyat mövcuddur. Həmçinin məktəb daxilində kitab sərgiləri təşkil olunur və şagirdlərə təqdim edilir”.
Lakin Elm və Təhsil Nazirliyindən bu kitabların seçimi və fondun yenilənmə qaydaları ilə bağlı konkret cavab almaq mümkün olmayıb.