Lerikdə uzun illər təhsil sahəsində çalışan məktəb rəhbəri 66 yaşında dünyasını dəyişib.
Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Lerik rayonu Zenoni kənd məktəbinin direktoru Paşa Şirinov vəfat edib.
O, xeyli müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Paşa Şirinov vəkil Fuad Şirinovun atasıdır.
Allah rəhmət eləsin!
