Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olundu ki, növbəti həftənin əvvəli universitetlərə qəbul üçün ixtisas seçiminin nəticələri elan olunacaq. Bəs kolleclərə qəbul imkanı nə zaman yaradılacaq?
DİM-dən Yurd.Media-ya bildiriblər ki, ali məktəblərə qəbulun nəticələri elan olunandan sonra kolleclərə ixtisas seçimi mərhələsi başlayır.
Məlumat üçün bildirək ki, 11 illik baza əsasında ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.