SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kollec direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT

Kollec direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT

  • 03 fevral 2026, 22:03

"İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağamaliyev Namiq Çərkəz oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində olan bu İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub.  

Uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddətu uzadılmayıb.

Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub.  

Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

Ağamaliyev Namiq Çərkəz oğluAğamaliyev Namiq Çərkəz oğlu

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları