Bu gün 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib.
Yurd.Media xəbər verir ki, imtahanda 27337 şagird iştirak edib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlarda bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılacaq.
Qeyd edək ki, imtahanlar ümumilikdə 21 şəhər və rayonda, 118 binada təşkil olunacaq.