SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
İlahiyyat İnstitutu 33 xarici ali təhsil müəssisəsi ilə tələbə və müəllim mübadiləsi aparır

İlahiyyat İnstitutu 33 xarici ali təhsil müəssisəsi ilə tələbə və müəllim mübadiləsi aparır

Azərbaycan İlahiyyat İnstitutunun hazırda 33 xarici ali təhsil müəssisəsi ilə müqaviləsi var. Bunun əsasında tələbə və müəllim mübadiləsi də aparılır.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov İnstitutda baş tutan Məzun Günü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün Azərbaycan İlahiyyat İnstitutundan 56 tələbə məzun olur. Məzun olanlar arasında həm bakalavr, həm də magistr tələbələri var:

"Məzun olanlardan 48-i bakalavr, 8-i isə magistr tələbəsidir".

Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunda 2024/2025-ci tədris ili üzrə keçirilən Məzun Günü sayca dördüncü belə tədbirdir:

"Tələbələrimiz məzun olduqdan sonra müxtəlif dini ocaqlarda və elmi müəssisələrdə fəaliyyət göstərirlər".

Prime Leasing