SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
II “GİNius” intellektual yarışı başlayıb

II “GİNius” intellektual yarışı başlayıb

  • 07 fevral 2026, 21:34

Gənclər və İdman Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar üçün qurumlararası II "GİNius" intellektual yarışına start verilib.

Yurd.Media xəbər verir ki, Bakı Kristal Zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin müdiri Ramil Cabbarov yarışın əsas məqsədinin gənc əməkdaşlarda komanda ruhunu yüksəltmək, operativ qərarvermə bacarıqlarını inkişaf etdirmək və qurumlararası əlaqələri möhkəmləndirmək olduğunu diqqətə çatdırıb.

"Bir neçə ildir ki, Gənclər Günü çərçivəsində yeni ənənə yaranıb. Belə ki, həmin təqvim günü ilə əlaqədar Gənclər Həftəsi elan edirik. Həftəyə Azərbaycan Gənclər Forumu ilə start verdik. Daha sonra Xankəndidə, Gənclər Paytaxtı Goranboyda çoxsaylı tədbirlər təşkil etdik. Bu ənənə bundan sonra da davam edəcək. Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətində önəmli yeri olan intellektual hərəkatı da məhz Gənclər Həftəsinin tərkibində təşkil etməyi nəzərdə tutduq. Yarışda iştirak edən hər bir komandaya minnətdarlığımızı ifadə edir, uğurlar arzulayırıq", - deyə R.Cabbarov bildirib.

Daha sonra yarışa start verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları