SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ev tapşırıqları ilə bağlı uşaqlara dəstək necə olmalıdır? - Psixoloqdan EFFEKTİV METODLAR

Ev tapşırıqları ilə bağlı uşaqlara dəstək necə olmalıdır? - Psixoloqdan EFFEKTİV METODLAR

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Xüsusilə birincilər ilk dəfə ev tapşırıqları kimi məsələlərlə qarşılaşacaqlar.

Ev tapşırıqlarını müstəqil yerinə yetirməkdə çətinlik çəkən uşaqlara dəstək necə olmalıdır?

Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova Yurd.Media-ya bildirib ki, burada mərhələli öyrətmə prinsipi tətbiq olunur:

"Yəni, uşaqdan birdən-birə tam müstəqillik gözləmək əvəzinə, əvvəlcə ona istiqamətlər göstərilir. Sonra isə tədricən dəstəyi azaldaraq, uşağın özünün işləməsinə şərait yaradılır. Bu yanaşma uşağın həm məsuliyyət, həm də özünəinam hissini gücləndirir".

Onun sözlərinə görə, paralel olaraq, həvəsləndirici mühit yaradılmalıdır:

"Uşağın hər kiçik addımını belə dəyərləndirmək – “bu hissəni çox yaxşı etdin, indi növbəti mərhələni də sınayaq” kimi ifadələrlə onu təşviq etmək faydalıdır. Bu yanaşma uşağa “bacarıram” hissini verir və tapşırıqdan qaçmaq əvəzinə cəhd göstərməsini təmin edir".

Psixoloq vurğulayıb ki, uşağa seçim hüququ verilməlidir:

“Hansı fənndən başlayaq?” və ya “Hansı qələmi seçəcəksən?” cümlələri onun müstəqillik və öz seçiminə görə məsuliyyət hissini inkişaf etdirir. Ən əsası, uşaqların öyrənmə prosesində göstərdikləri səylərini qiymətləndirmək lazımdır. Bu halda gec-tez istənilən nəticə əldə olunacaq".

Prime Leasing