SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Elm və Təhsil Nazirliyi 5 vəzifə üzrə vakansiya elan etdi - MAAŞLAR

Elm və Təhsil Nazirliyi 5 vəzifə üzrə vakansiya elan etdi - MAAŞLAR

  • 08 may 2025, 12:48
Bakı

Elm və Təhsil Nazirliyi vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edib.

Yurd.Media xəbər verir ki, vakansiyalardan biri nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsində Monitorinq və qiymətləndirmə sektornun müdiri vəzifəsidir. Bu vəzifədə çalışacaq şəxslərin maaşı 1020 manatdır. Bundan başqa, Audit şöbəsində böyük məsləhətçi (maaşı 880 manat), Daxili nəzarət şöbəsinin Risklərin idarəolunması sektorunda baş məsləhətçi (maaşı 895 manat), Strateji planlaşdırma və təhlil şöbəsinin Hesabatvermə və təhlil sektorunun müdiri (maaşı 1020 manat), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi (maaşı 475 manat) vəzifələri də hazırda vakantdır. Sənəd qəbulu mayın 20-dək davam edəcək.