Bakıda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılğı ilə "2025-2026-cı tədris ili yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilir.
Yurd.Media xəbər verir ki, tədbirdə Milli Məclis üzvləri və təhsil işçiləri də iştirak edirlər.
Tədbirdə çıxış edən MÜTDA-nın rəhbəri Eşqi Bağırov bildirib ki, ötən illərin ən uğurlu addımlarından biri sertifikasiyadır və müəllimlərimizin əksəriyyəti uğurla bu imtahandan keçə biliblər. O vurğulayıb ki, sertifikasiyadan keçən müəllimlərin 80 faizindən çoxu işə qəbul olunub. E.Bağırov məktəblərin rəqəmsallaşması növbəti planlardan biri olduğunu vurğulayıb:
"Elektron jurnalların tətbiqi müəlimlərin tədris prosesinə daha çox diqqət yönəltməsinə xidməti edəcək. Həm də valideynlərin onlayn qaydada təhsil prosesini izləməsi imkanı yaranacaq".
MÜDTA rəhbəri qeyd edib ki, infrastruktur işləri də uğurla həyata keçirilir. 900 qəzalı məktəbin sayı 400-ə endirilib.