SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Dövlət Agentliyi: Şagirdlər məktədənkənar hazırlığa getmədən sinifdə öz müəllimlərindən tədris ala biləcək

Dövlət Agentliyi: Şagirdlər məktədənkənar hazırlığa getmədən sinifdə öz müəllimlərindən tədris ala biləcək

Şagirdlər məktədənkənar hazırlığa getmədən sinifdə öz müəllimlərindən tədris ala biləcək.

Yurd.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən 14 ümumi təhsil müəssisəsində tam orta təhsil səviyyəsində təmayüllü siniflər təşkil ediləcək:

"Məqsəd məktəbdənkənar müəllim hazırlığına getmədən sinifdə ali təhsil müəssisələrinə hazırlığı keyfiyyətli şəkildə təmin etməkdir. Yəni şagirdlər məktədənkənar hazırlığa getmədən sinifdə öz müəllimlərindən tədris ala biləcək. Düşünürəm ki, ilin sonunda həmin məktəblərin nəticələrini açıqlaya biləcəyik. İnanırıq ki, repititor yanına getmədən yüksək nəticə göstərən şagirdlərimiz olacaq".

Prime Leasing