SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Digah qəsəbə məktəbinin acınacaqlı vəziyyəti - VİDEO

Digah qəsəbə məktəbinin acınacaqlı vəziyyəti - VİDEO

Abşeron

Abşeronun Digah qəsəbəsində yerləşən Səxavət Məmmədov adına tam orta məktəb bərbad hala salınıb.

Yurd.Media xəbər verir ki, zirzəmisindən tavanına qədər uçub-tökülən, 86 illik bu məktəbin divarları dəlik-deşik və çatlarla doludur, həyətində isə qalaq-qalaq məişət tullantıları yığılıb. 

Sakinləri deyirlər ki, bu məktəb vaxtilə qəsəbənin ən səliqəli və nümunəvi məktəbi olsa da, son illərdə baxımsız vəziyyətə düşüb. Elə məktəbin şagirdləri də deyilənləri təsdiqləyir:

“Yağış olanda müəllimə tualetə getməyə qoymur, sinif palçıqlı olur. Pəncərələr sökülüb.”
“Məktəbin təmiri ilə bağlı heç nə demirlər.”

1939-cu ildə təməli qoyulan məktəbdə hazırda 1600-ə yaxın şagird təhsil alır.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Digah qəsəbəsində yerləşən Səxavət Məmmədov adına tam orta məktəbin əsaslı təmiri cari tədris ilinin planına daxil edilib. Qurumdan həmçinin qeyd olunub ki, sanitar qovşağının qənaətbəxş olmaması ilə bağlı yayılan görüntülər məktəbin əsas binasına deyil, illər öncə istifadədən çıxarılmış, arxa hissədə yerləşən köhnə sahəyə aiddir.

Məktəbin daxilində şagirdlər üçün nəzərdə tutulmuş işlək sanitar qovşaqlar mövcuddur. İdarə şagirdlərin sağlam və təhlükəsiz şəraitdə təhsil alması, tədris prosesinin fasiləsizliyi və sanitar-gigiyenik normalara əməl olunmasını daim nəzarətdə saxladığını vurğulayıb.

Prime Leasing
SPE Annual Caspian