SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bu il 11-ci sinifi bitirən şagirdlərin sayı açıqlandı

Bu il 11-ci sinifi bitirən şagirdlərin sayı açıqlandı

  • 03 iyun 2025, 14:58

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.

MÜTDA-dan Yurd.Media-ya verilən məlumata görə, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb.

Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

Məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.

"Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz", - məlumatda qeyd olunub.

Prime Leasing