SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu gün sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır

Bu gün sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır

  • 19 iyun 2025, 10:51

Dünən təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna bu gün saat 12:00-dan etibarən start veriləcək.

Yurd.Media xəbər verir ki, proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil edilib.

Test imtahanında 2019 nəfər müəllim iştirak edib, 95% davamiyyət qeydə alınıb.

Prime Leasing