SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bölgələrdə böyük universitetlərin yaradılması şəhərqurucu faktor ola bilər - VİDEO

"Bölgələrdə böyük universitetlərin yaradılması şəhərqurucu faktor ola bilər" - VİDEO

Universitetlər təkcə təhsil müəssisəsi deyil, eyni zamanda şəhərsalma və regional inkişafın əsas hərəkətverici qüvvəsidir. Dünyada çoxsaylı nümunələr var ki, bir universitetin yaranması ətrafında bütöv bir şəhər formalaşıb.

Bunu iqtisadçı Natiq Cəfərli Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.

Onun sözlərinə görə, Xankəndidə fəaliyyətə başlayan "Qarabağ Universiteti" həm memarlıq baxımından, həm də strateji yerləşməsi ilə olduqca uğurlu layihədir:

"Əgər bu universitetə 15–16 min tələbə cəlb etmək mümkün olsa, yaxın onilliklərdə Xankəndinin əhalisi avtomatik olaraq yüz minlərlə ölçülə bilər. Təkcə 20 min müəllim və inzibati heyətin mövcudluğu belə şəhərin sürətlə böyüməsinə təkan verəcək".

İqtisadçı qeyd edib ki, bu proses paralel olaraq infrastrukturun genişlənməsinə gətirib çıxaracaq - kafe və restoranlar, otellər, əyləncə və mədəniyyət mərkəzləri, ticarət obyektləri, müxtəlif xidmət sahələri formalaşacaq.



Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları