Biləsuvar rayonunda yeni tikilmiş Rafiq Rzayev adına Nəsimi kənd tam orta ümumtəhsil məktəblərinin açılış mərasimi keçirilib.
Yurd.Media xəbər verir ki, açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndələri, müəllimlər və digər qonaqlar iştirak ediblər.
624 şagird yerlik yeni məktəbdə yaradılan şəraitlə tanış olan tədbir iştirakçıları müasir və işıqlı sinif otaqlarında təlim-tədrisin yüksək səviyyədə təşkil olunacağını bildiriblər.
Mərasim iştirakçıları ölkədə təhsilin inkişafına göstərilən daimi qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Biləsuvar rayonu Rafiq Rzayev adına Nəsimi kənd tam orta ümumtəhsil məktəbində 50 nəfər şagird birinci sinifdə təhsil alacaq.