SÜJET
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kafedralar üzrə vakant professor-müəllim vəzifələrini müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.
Yurd.Media xəbər verir ki, universitetdən bildirilib ki, ADNSU elm və təhsildə müasir tələblərə cavab verən, innovativ düşüncəli və yüksək ixtisaslı kadrların pedaqoji və elmi fəaliyyətə cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.
Müvafiq vakant vəzifələr aşağıdakılardır:
Sıra № | Kafedra | Vakant vəzifə | ||
---|---|---|---|---|
Professor | Dosent | Müəllim | ||
1 | Sənayenin iqtisadiyyatı kafedrası | 1 | 4 | 8 |
2 | Menecment kafedrası | - | 4 | 5 |
3 | Xarici dillər kafedrası | - | 1 | 37 |
4 | Elektronika və avtomatika kafedrası | 2 | 12 | 16 |
5 | Kompüter mühəndisliyi kafedrası | - | 15 | 23 |
6 | Cihaz mühəndisliyi kafedrası | - | 3 | 10 |
7 | Ümumi və tətbiqi riyaziyyat kafedrası | 5 | 9 | 5 |
8 | Elektroenergetika kafedrası | - | 3 | 6 |
9 | Elektromexanika kafedrası | - | 5 | 5 |
10 | Enerji istehsalı texnologiyaları kafedrası | - | 6 | 2 |
11 | Fizika kafedrası | - | 10 | - |
12 | Sənaye maşınları kafedrası | 1 | 4 | 12 |
13 | Materialşünaslıq və emal texnologiyaları kafedrası | - | 3 | 4 |
14 | Mexanika kafedrası | - | 2 | 3 |
15 | Kimya və qeyri-kimya maddələrinin texnologiyası kafedrası | 1 | 1 | 2 |
16 | Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrası | 3 | 8 | 10 |
17 | Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrası | 1 | 6 | 8 |
18 | Humanitar fənnlər kafedrası | - | 4 | 9 |
19 | Neftin, qazın nəqli və saxlanması kafedrası | - | 6 | 7 |
20 | Neft-qaz mühəndisliyi kafedrası | - | 16 | 10 |
21 | Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrası | - | 3 | 8 |
22 | Neft-qaz geologiyası kafedrası | - | 4 | 2 |
23 | Geofizika kafedrası | 1 | 2 | 1 |
24 | Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrası | - | 2 | 4 |
Elan edilən vakant vəzifələrin cəmi | 15 | 133 | 197 |
Tələblər:
Elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, (müəllim üçün minimum magistr təhsilli) müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;
Pedaqoji qabiliyyət;
Tədrisin təşkili üzrə bacarıqlar;
Tədris texnologiyalarından istifadə bacarığı;
Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;
Yüksək peşə-ixtisas təcrübəsi;
Vəzifənin etik davranış qaydalarına sadiqlik.
Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:
Akademik CV - (yüklə)
Diplomların notariat qaydasında təsdiq olunmuş surəti.
Müraciət tarixləri:
16 may 2025-ci il tarixindən 16 iyun 2025-ci il tarixinədək.
Əlaqə telefonu: +994515163042
CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə [email protected] ünvanına göndərməyiniz tələb olunur.
Qeyd edilib ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.