Azərbaycanda din təhsili həm İslam, həm də dünya üçün vacib modeldir.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Bakıda keçirilən "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumda jurnalistlere açıqlaması zamanı deyib.
O qeyd edib ki, simpoziuma 15 ölkədən 70-ə yaxın alim qatılıb:
"Din təhsili mənəvi dəyərlərə uyğun, müasir çağırışlara cavab verən şəkildə qurulmalıdır. Azərbaycanda din təhsili həm İslam, həm də dünya üçün vacib modeldir. Biz bunu dünyaya tanıtmaq, din təhsili modelimizi təbliğ etmək niyyətindəyik".