SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
ARDNF gələn il təhsilə 139 milyon manat xərc çəkəcək

ARDNF gələn il təhsilə 139 milyon manat xərc çəkəcək

  • 23 oktyabr 2025, 20:47

2026-cı ildə Dövlət Neft Fondu (ARDNF) təhsil sahəsinə 139,1 milyon manat xərcləməyi planlaşdırır.

Yurd.Media xəbər verir ki, bu barədə Fondun gələn il üçün büdcə layihəsində bildirilir.

Sənədə əsasən, bu, 20,4% çoxdur. O, cümlədən ARDNF “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 7,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na 99,2 milyon manat, “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 22 iyul 2025-ci il tarixli sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinə 32,8 milyon manat pul qoyacaq.

Prime Leasing