SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Abşeronda məktəb binası təhlükəli vəziyyətə düşdü

Abşeronda məktəb binası təhlükəli vəziyyətə düşdü

  • 01 aprel 2026, 22:03
Abşeron

Abşeron rayonunun Mehdiabad qəsəbəsində məktəb binasının təhlükəli vəziyyətə düşdüyü aşkarlanıb.

Yurd.Media xəbər verir ki, Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.

“Belə ki, aprelin 1-dən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir".

Skat.az - Ev və Avtomobil elanları