SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Zədələnmiş pullar necə dəyişdirilə bilər? – Mərkəzi Bankdan açıqlama

Zədələnmiş pullar necə dəyişdirilə bilər? – Mərkəzi Bankdan açıqlama

Zədələnmiş və eyni zamanda köhnə olduğu üçün bəzi aparatlar tərəfindən qəbul edilməyən əskinaslarla bağlı vətəndaşlar tez-tez çətinliklə qarşılaşırlar. Bu hal təkcə fərdi problem deyil. Daha yüksək nominallı, lakin zədələnmiş və ya yanmış pulların da dövriyyəyə daxil edilməsi mümkün olmur.

 "Əgər pulun 60%-dən çoxu salamatdırsa, öz dəyərində dəyişdirilə bilər".

Yurd.Media xəbər verir ki, bunu Millət vəkili Vüqar Bayramov "Baku TV" yə açıqlamasında deyib.

"Belə hallarda vətəndaşlar bəzən həmin pulu daha aşağı qiymətə dəyişmək məcburiyyətində qalırlar. Lakin qanunvericilik imkan verir ki, vətəndaş zədələnmiş əskinasını nominal dəyərində dəyişdirə bilsin. Əgər pulun 60%-dən çoxu salamatdırsa və ya zədələnmiş hissə ümumi pulun 40%-ni aşmırsa, eyni zamanda əskinas üzərindəki seriya nömrələrindən biri tam şəkildə qorunubsa, həmin əskinas vətəndaşa tam dəyərində dəyişdirilə bilər".

Mərkəzi Bankın mütəxəssisi Qəhrəman Paşayev  verdiyi məlumata görə isə, yararsız pul nişanlarının dəyişdirilməsi bank tərəfindən müəyyən edilmiş günlərdə həyata keçirilir. Belə ki, Bakı şəhəri üzrə dəyişdirmə prosesi həftənin I, II və IV günləri saat 10:00-dan 13:00-dək Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında aparılır. Regionlarda isə bu xidmət həftənin 5 günü – bazar ertəsindən cümə gününə qədər saat 10:00-dan 16:00-dək Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan MR-də yerləşən idarədə ödənişsiz şəkildə göstərilir.

Bu səbəbdən, əgər pulunuz zədələnibsə və dövriyyədə istifadə etmək mümkün deyilsə, onu diqqət çəkmədən başqasına ötürməyə çalışmaq əvəzinə, qanuni qaydada Mərkəzi Banka təqdim edərək nominal dəyərində dəyişdirə bilərsiniz.

Prime Leasing