Yardımlıda əsas yol çöküb.
İran sərhədinə qədər uzanan alternativsiz yol 4 ildir təmir olunmur.
Yurd.Media xəbər verir ki, "İTV"yə şikayət edən sakinlər yolun təhlükə yaratdığını bildirir.
Sakinlər bildirir ki, dəfələrlə dövlət və icra qurumlarına müraciət etsələr də, bir nəticə əldə edə bilməyiblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yol istismarı idarəsinin mühəndisi Həzərxan Quliyev bildirir ki, hazırda yol qəzalı vəziyyətdədir. Su-kanalizasiya sistemi qurularkən yol çöküb. Texniki sənədlər hazırlanıb və yoxlanılıb, lakin vəsaitin olmamasına görə yolun bərpası hələ də gözlənilir.