Xırdalanda yaşayış kompleksində şirkət 2018-ci ildən idarəçiliyi təhvil vermir - ARAŞDIRMA

Xırdalanda yaşayış kompleksində şirkət 2018-ci ildən idarəçiliyi təhvil vermir - ARAŞDIRMA

Abşeron

Abşeron rayonu Xırdalan şəhərində yerləşən 250 mənzildən ibarət "Viləşçay" adlı yaşayış kompleksində şirkət 2018-ci ildən idarəçiliyi təhvil verməyib.

"Yurd.Media" xəbər verir ki, "ATV"yə şikayət edən sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaq istəsələr də buna maneə yaradılır.

Sakinlər qeyd edir ki, işıq, suyu kəsməklə təhdid edib, qorxudurlar.

Şirkətin rəsmisi isə bildirir ki, sakinlərin 51% səs vermə əsasında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı qərar verərlərsə bu zaman idarəçilik də ona məxsus olacaq. Amma hal hazırda belə bir məsələ yoxdur: "Sakinlərə isə bununla bağlı təhdiddən və maneədən söhbət belə gedə bilməz".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edir ki, qanunvericiliyə əsasən çoxmənzilli yaşayış binaları tikilib, vətəndaşlara təhvil verildikdən sonra bina sakinləri tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti qurulur. Sonra isə keçmiş tikinti şirkətinə, idarəetmə şirkətinə və ya həmin binalar insanlar tərəfindən idarə oluna bilər.

Bu məsələylə bağlı narazı sakinlər protokol tərtib etməklə və ən azı 51% səs çoxluğu ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilərlər.