Son vaxtlar vətəndaşların adlarına onların xəbəri olmadan onlayn kredit götürülməsi ilə bağlı şikayətlər artıb.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, yaranmış vəziyyət bir çox insanın narahatlığına səbəb olub.
Bəs vətəndaşlar əvvəlcədən özlərinin adına onlayn kredit verilməsinin dayandırılmasını tələb edə bilərlərmi?
Məsələ ilə bağlı ekspert Ruslan Atakişili bildirib ki, bu, texniki olaraq mümkündür. Yəni vətəndaşlar onlayn kredit xidmətindən könüllü şəkildə imtina edə bilərlər.
Bank məsələləri üzrə ekspert Günay Hüseynovanın sözlərinə görə, belə bir halla üzləşən vətəndaşlar ilk olaraq adlarına kredit götürülən banka və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Azərbaycan Banklar Assosiasiyasından isə bildirilib ki, əgər hələ müqavilə imzalanmayıbsa, müştəri onlayn qaydada təsdiqlənmiş biznes kreditindən imtina edə bilər. Əks halda, müqavilədə nəzərdə tutulan qayda tətbiq edilir. Yəni kredit öhdəliyinə xitam verilməsi üçün müştəri tərəfindən borcun ödənilməsi zəruridir.
Ətraflı süjetdə: