SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Xaricdən gətirilən avtomobildə kilometraj qalmaqalı: ŞİKAYƏT

Xaricdən gətirilən avtomobildə kilometraj qalmaqalı: ŞİKAYƏT

  • 17 may 2025, 21:54

Xaricdən avtomobil aldı, amma kilometrajda aldadıldığını öyrəndi

Yurd.Media xəbər verir ki, Xəzər TV-yə müraciət edən Yusif Novruzov iddia edir ki, Koreyadan sifariş etdiyi, yürüşü 42 min kilometr göstərilən avtomobil əslində 142 min kilometr yol qət edibmiş.

Avtomobilin sənədləri gömrükdə yoxlanılan zaman bu fakt üzə çıxıb. Şikayətçi bildirir ki, ilkin olaraq şirkətə 1000 dollar beh verib, avtomobil gəldikdən sonra isə qalan məbləği ödəyib.

Maşın Bakıya çatdıqda ona bildirilib ki, gedib avtomobili götürə bilər. Yusif Novruzov deyir ki, ilk baxışdan avtomobilin vəziyyəti şübhə doğurub. Daha sonra texniki pasport sənədi ona göndərilib və kilometrajdakı fərq üzə çıxıb.

Ətraflı süjetdə:

Prime Leasing