SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Tikinti bazarında saxtakarlıq: Alıcılar maddi ziyana düşür

Tikinti bazarında saxtakarlıq: Alıcılar maddi ziyana düşür

  • 17 avqust 2025, 22:34

Sosial şəbəkələrdə yayılan görüntülərdə bir nəfər bazarda satılan tikinti materiallarının ölçülərinin göstərilənlə uyğun gəlmədiyini iddia edib.

Onun sözlərinə görə, “3-lük” adı ilə satılan taxtalar əslində daha nazik olur.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, satıcıların bəziləri deyilənlərin doğru olduğunu təsdiqləyərək, oxşar vəziyyətin təkcə taxtada yox, həm də şifer və digər materiallarda mövcud olduğunu bildiriblər.

Bu kimi halların geniş yayıldığını, alıcıların tez-tez aldadıldığını vurğulayan ekspert Elnur Fərzəliyevin sözlərinə görə, satıcılar ölçünü səhv göstərməklə alıcılara həm maddi ziyan vururlar, həm də artıq pul hesablayırlar. Bu problem xüsusilə kubla satılan materiallarda özünü göstərir.

E. Fərzəliyev əlavə edib ki, keyfiyyətsiz və ölçüləri standartlara uyğun olmayan materiallar mənzillərdə ciddi təhlükə yarada bilər.

Ətraflı süjetdə:

Prime Leasing