SÜJET
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi qanunsuz quraşdırılmış köşk sökülüb.
Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, Yeni Günəşli qəsəbəsi, 5-ci massiv, 21 nömrəli yaşayış binasının yaxınlığında özbaşına obyektin quraşdırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib.
"Monitorinq nəticəsində müəyyən edilib ki, qeyd olunan ünvanda obyektin yerləşdirilməsi heç bir icazəverici sənəd olmadan həyata keçirilib.
Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və aidiyyəti qurumlar tərəfindən həmin ərazidə quraşdırılmış köşkün sökülməsi və ərazidən çıxarılması təmin edilib. Çevik reaksiya və fəal vətəndaş mövqeyi nümayiş etdirdiklərinə görə sakinlərə təşəkkürümüzü bildiririk", - Komitədən qeyd olunub.