SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Şərurda çörək sexində nöqsanlar - sahibkara protokol tərtib olundu

Şərurda çörək sexində nöqsanlar - sahibkara protokol tərtib olundu

  • 19 avqust 2025, 21:43
Şərur

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şərur rayonu Aşağı Aralıq kəndində fəaliyyət göstərən Məmiş Əziz oğlu Dünyamalıyeva məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən Yurd.Media-ya verilən xəbərə görə, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Prime Leasing