SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Şərurda sanitar-gigiyenik qaydalar pozulan kafe bağlandı

Şərurda sanitar-gigiyenik qaydalar pozulan kafe bağlandı

  • 19 avqust 2025, 18:30
Şərur

Şərurda sanitar-gigiyenik qaydalar pozulan kafe bağlandı.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur şəhəri Kapitan Seyidov küçəsində fəaliyyət göstərən “Əmioğlu” kafesində ciddi nöqsanlar aşkar edilib.

Kafedə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Prime Leasing