Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranıb.
Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, boru xətlərinin yerinin dəyişdirilməsi və təmir işləri ilə əlaqədar qaz təchizatı Şərur rayon Şərur şəhərinin bir hissəsində 13.06.2025 tarixdə saat 11:00 dan müvəqqəti dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.