SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Sahəvi jurnalistlərin hazırlığı üzrə təlim proqramına START VERİLDİ

Sahəvi jurnalistlərin hazırlığı üzrə təlim proqramına START VERİLDİ

  • 02 fevral 2026, 15:06

Yurd.Media tərəfindən təşkil olunan “Praktik Media Məktəbi”nə start verilib.

Təlimin açılışında Yurd.Media-nın baş redaktoru Murad Əliyev bildirib ki, iştirakçılar seçilmiş istiqamətlər üzrə tədbirlərin işıqlandırılması, müsahibələrin alınması, reportajların təşkili, araşdırmaların hazırlanması, aktual mövzuların işlənilməsi üzrə praktik bacarıqları mənimsəyəcək, media sahəsində daha dərin biliklərə sahib olmaq üçün istiqamətləndiriləcəklər.

Yalnız jurnalistika deyil, digər ixtisaslar üzrə də təhsil alan gənclər üçün ödənişsiz əsasda təşkil olunan kurslar 5 ay müddətində davam edəcək.

Qeyd edək ki, artıq ixtisaslaşmış müxbirlərin yetişməsi bu sahənin yaşaması üçün həyati əhəmiyyət daşıyır. Çünki süni intellektin sürətlə media sahəsinə nüfuz etməsini nəzərə alaraq ümumi biliklərə malik olan jurnalistlərin gördüyü işi bu gün müəyyən proqramlar daha əhatəli və operativ həll edir. İndi jurnalist təkcə məlumatı çatdırmaqla kifayətlənməməli, araşdırmalı, analiz etməli, sahənin dərinliklərinə enməli, oxucunu düşündürməli, maarifləndirməlidir. Bunu isə yalnız sahəyə bələd olan, həmin mövzunu illərlə izləyən, əlaqəli prosesləri anlayan müxbir bacarır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları