SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Rayon avtovağzallarında sərnişin sıxlığı YARANDI

Rayon avtovağzallarında sərnişin sıxlığı YARANDI

  • 09 iyun 2025, 23:09

Qurban bayramı ilə əlaqədar Şəki Avtovağzalında intesivlik müşahidə olunub.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, bayramda yerli qonaqlarla yanaşı, Şəkiyə gedən əcnəbilər də olub.

Son iki gündə Şəki avtovağzalına müraciət edənlər çoxalıb. Təkcə Bakıya yox, digər rayon və şəhərlərə də gedənlərin artımı müşahidə edilib.

Qurban bayramı tətilinin son günündə Gəncə Beynəlxalq Avtovağzalında da qismən canlanma müşahidə olunur. Ancaq ciddi sıxlıq olmadığından sərnişinlər bilet almaq və paytaxta yola düşməklə bağlı çətinliklə üzləşmədiklərini deyirlər.

Digər bayram tətillərinin sonunda olduğu kimi avtovağzal tərəfindən yenə ehtiyat tədbirləri də görülüb.

Qurban bayramını yaxınları ilə qeyd etmək üçün Lənkərana üz tutan sərnişinlər də artıq paytaxta qayıtmağa başlayıblar. Buna görə də rayon avtovağzalında xəttə əlavə avtobuslar çıxarılıb. Lənkəran Avtovağzalında bu gün səhər saatlarından etibarən qismən sərnişin sıxlığı müşahidə olunub.

Avtovağzal rəsmisi bildirib ki, süni qiymət artımına ciddi nəzarət edillir, gedişhaqqının ödənilməsi Tarif Şurasının müəyyən etdiyi qaydada həyata keçirilir.

Ətraflı süjetdə:

Prime Leasing