SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ramanada qonşular arasında qarşıdurma: Çirkab sularından qurtulmaq istəyirik

Ramanada qonşular arasında qarşıdurma: "Çirkab sularından qurtulmaq istəyirik"

  • 16 iyun 2025, 18:54
Bakı

Yeni Ramana qəsəbəsi "İkinci sahə" adlanan ərazinin sakinləri arasında qarşıdurma yaşanıb.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, səbəb isə sakinlərin bir qisminin öz hesabına kanalizasiya borusu çəkdirmək istəyidir.

Onlar tullantı sularını kanala axıtmaq istəyirlər. Kanal isə sakinlərin evinin yanından keçir.

"Qorxuruq ki, çəkilən boru işləməz, çirkab suları üzə çıxar, ətrafı qoxu bürüyər", - şikayətçi narahatlığını ifadə edib.

Qarşı tərəf isə bildirir ki, aidiyyəti qurumlar məsələyə baxmadığından sakinlər özləri belə bir təşəbbüs göstəriblər.

"Qurumlardan deyildi ki, kanalizasiya borusu çəkməyə imkan yoxdur. Biz də 3-5 manatdan yığdıq ki, özümüz həll edək. Hamısının xəbəri var", - sakin bildirib.

Ətraflı süjetdə:

Prime Leasing