SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Qızıl bahalaşmaqda davam edir - Alıcı az, qiymət yüksək - VİDEO

Qızıl bahalaşmaqda davam edir - Alıcı az, qiymət yüksək - VİDEO

  • 21 aprel 2025, 22:10

Qızılın qiyməti tarixi maksimumu yeniləyib.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 1,98% artaraq 3 394 dollara bərabər olub.

Bu il üçün proqnozlaşdırılan artımı da üstələyən qiymətlər hər kəsi heyrətə gətirir. Azərbaycanda da ötən ilin eyni dövrü ilə müqayisədə qızılın 1 qramının qiymətində təqribən 30-40 manat artım var.

Satıcılara da bu vəziyyət sərf etmir. Onlar bildiriblər ki, müştərilər qiymətin enməsini gözləyirlər, alıcı çox azdır.

Bəs bu artım nə vaxta qədər davam edəcək?

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, bu il qiymət artımı yenə olacaq.

Qeyd edək ki, qızılın bahalaşmağa başladığı ilk aylarda mütəxəssilər bu artımın qısa müddət davam edərək bir neçə ay sonra azalacağını proqnozlaşdırırdılər. Lakin artıq bir ildən çoxdur ki, qızılın qiymətində sürətli yüksəlmə var. Bu da dünya birjasındakı ümumi artımla əlaqələndirilir.

Ətraflı süjetdə:

Prime Leasing