Babək rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidmətindən bildirilib.
159 mm boruya keçid verilməsi ilə əlaqədar qaz təchizatının Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində aprelin 18-də saat 09:00-dan müvəqqəti dayandırılması planlaşdırılır.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
14:30
Sabah Qax rayonunun qaz təchizatında fasilə yaranacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat yayıb.
Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax xidmət sahəsində Qax qazpaylayıcı stansiyasında (QPS) istismara yararsız diametri 200 mm olan boruda siyirtmənin əvəzlənməsi, Turaclı kəndində diametri 250 mm olan boruda siyirtmənin quraşdırılması, Alatəmir kəndində diametri 273 mm olan ortatəzyiqli qaz xəttinin deformasiyaya uğramış hissəsinin əvəzlənməsi ilə əlaqədar aprelin 18-də saat 9:30-dan etibarən şəhər və 26 kəndinin qaz təminatının dəyandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.